Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan 9780 bakalavr proqram seçimində iştirak edib

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan 9780 bakalavr proqram seçimində iştirak edib
# 06 may 2014 14:27 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ilkin statistik məlumatlara əsasən, 9780 bakalavr proqram seçimində iştirak edib. Həmin bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR