ABŞ İranın ağır su nüvə reaktoru ilə bağlı öz dərin narahatlığını bildirib

ABŞ İranın ağır su nüvə reaktoru ilə bağlı öz dərin narahatlığını bildirib
# 06 iyun 2013 07:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ İranın “Əraq İR-40” ağır su nüvə reaktoru ilə bağlı öz dərin narahatlığını bildirib.

APA-nın məlumatına görə, ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Cozef Makmanus deyib ki, İran Əraq nüvə reaktorunu 2014-cü ilin əvvəllərində işə salmağı planlaşdırır: “İran bu məsələ ilə bağlı agentliklə əməkdaşlıq etmir və lazımi məlumatla təmin etmir. Ancaq İran bununla bağlı AEBA-ya ətraflı məlumat verməlidir. Ona görə də rəsmi Tehranı həmin nüvə obyektinə agentlik müfəttişlərinin nəzarət etməsinə razı salmalıyıq”.

C.Makmanus vurğulayıb ki, İranın Əraq nüvə reaktoru ilə bağlı AEBA ilə əməkdaşlıqdan imtina etməsi bu ölkənin yenidən gizli şəkildə nüvə fəaliyyətinə məşğul olduğu barədə təəssürat yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR