ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb - YENİLƏNİB

ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb - <span style="color: red;">YENİLƏNİB
# 09 yanvar 2014 02:22 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, helikopter Atlantik okeanının sahilində yerləşən Virciniya-Biç şəhəri yaxınlığında suya düşüb.

Helikopterin göyərtəsində 5 nəfər olub, onlardan 4-ü xilas edilib. Lakin hərbçilərdən 2 nəfəri aldıqları xəsarət nəticəsində hospitalda keçiniblər.

Ekipajın beşinci üzvünün axtarışı davam edir. Sağ qalmış hərbçilərin vəziyyəti haqqında məlumat verilmir.

Qəzanın səbəbləri hələ ki bəlli deyil.

***

23:15

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu gün ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində 5 nəfər olub, onlardan 4-ü axtarış-xilasetmə əməliyyatı aparılarkən xilas edilib.

Ekipajın beşinci üzvünün axtarışı davam edir.

***

21:40

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində 5 hərbçi olub.

Hərbi yük helikopteri Norfolk şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR