Naftalanda evdə partlayış olub, xəsarət alanlar var

Naftalanda evdə partlayış olub, xəsarət alanlar var
# 30 dekabr 2013 08:56 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 125 kvadratmetr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 3 otağın yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Hadisə zamanı 5 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR