Bakıda 5 gün öncə qətl törədən Gürcüstan vətəndaşı tutulub - VİDEO

Bakıda 5 gün öncə qətl törədən Gürcüstan vətəndaşı tutulub - <span style="color: red;">VİDEO
# 15 may 2014 07:10 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 10-da rayon ərazisində İltifat Mehrəliyevi qətlə yetirən Gürcüstan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Turqay Bədəlov saxlanıb.

Qeyd edək ki, mayın 13-də metronun “Koroğlu" stansiyası yaxınlığındakı evlərin birində kişi meyiti tapılıb.

Həmin ərazidə yaşayanlar qonşuluqdakı evdən kəskin iy hiss etdiklərindən polisə məlumat veriblər.

Əraziyə gələn Sabunçu polisi İltifat Mehrəliyevi yaşadığı evdə ölü tapıb. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, o, qarın və boğaz nahiyəsindən bıçaq zərbələri ilə qətlə yetirilib.

Mərhumun oğlu Əliyar Mehrəliyev APA-ya bildirib ki, atasının ölüm xəbərini polislərdən öyrənib. O, atasının naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirildiyindən şübhələndiyini bildirib. Ə. Mehrəliyevin sözlərinə görə, fəhlə işləyən atası ilə hadisədən 10 gün öncə görüşüb.

Meyit ekspertiza üçün Sabunçu rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR