Bu gün Azərbaycanın xalq artisti Muxtar Maniyevin doğum günüdür - FOTO

Bu gün Azərbaycanın xalq artisti Muxtar Maniyevin doğum günüdür - <span style="color: red;">FOTO
# 29 mart 2014 17:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Azərbaycanın xalq artisti, görkəmli aktyor Muxtar Maniyevin doğum günüdür. APA-nın məlumatına görə, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov M. Maniyevə baş çəkib, onun səhhəti ilə maraqlanıb. M. Hətəmov bildirib ki, M. Maniyevlə müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti, kino sahəsində həyata keçirilən islahatlarla bağlı fikir mübadiləsi aparılıb, aktyora mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını çatdırıb: "Muxtar Maniyev Azərbaycanın görkəmli aktyorlarından biridir və onun Azərbaycan kinosunun inkişafında böyük rolu olub. Aktyorun səhhəti, sağlamlıq durumu Mədəniyyət və Turizm Nazirliyinin, şəxsən Əbülfəs Qarayevin hər zaman diqqətində olub. Gələn il Muxtar müəllimin 80 yaşı tamam olacaq, amma buna baxmayaraq o, Azərbaycan kinosundan baş verən hadisələri yaxından izləyir. Bir müddət əvvəl Muxtar Maniyevin səhhətində problemlər yaranmışdı, indi səhhəti stabilləşib, özünü yaxşı hiss edir. Yaxşı hal odur ki, aktyor bundan sonra da kinoya çəkilmək, Azərbaycan kinosuna öz töhfəsini vermək istəyir".



Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR