Son 4 ildə Azərbaycanın İranla əmtəə dövriyyəsi 45% artıb

Son 4 ildə Azərbaycanın İranla əmtəə dövriyyəsi 45% artıb
# 07 noyabr 2013 15:05 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Son 4 ildə Azərbaycanın İranla əmtəə dövriyyəsi 45%, Qazaxıstanla 7%, Türkmənistanla 9% artıb.

APA-nın xəbərinə görə, bunu Bakı Dəniz Limanının rəhbəri Elçin Mirzəyev Xəzəryanı Dövlətlərin Liman Rəhbərlərinin Bakıda keçirilən görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında əmtəə dövriyyəsi 2009-cu ildə 245 min ton, 2010-cu ildə 709 min ton, 2012-ci ildə 1,111 mln. ton təşkil edib: “Rusiya ilə əmtəə dövriyyəsi son 4 ildə 11% artıb ki, bu da qənaətbəxş sayıla bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR