Qaxda yanğın olub - VİDEO

Qaxda yanğın olub - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 00:27 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın fevral ayının 21-i axşam saatlarında rayonun Qaşqaçay kənd inzibati ərazisinin "qanlı qobu" adlanan ərazisində baş verib.

Havanın küləkli olması səbəbindən yanğın qısa müddət ərzində genişlənərək qonşu Şəki rayonunun Biləcik kəndinin inzibati ərazisinə də keçib. Əraziyə FHN-nin Qax rayon DYMX-nin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi ilə birlikdə Şəki rayon DYMX-nin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsində yerli sakinlərdə iştirak edib.

Ərazidə baş verən yanğın nəticəsində ümumilikdə 20 hektar sahədə quru ot və kol-kos yanıb. Yanğınsöndürənlərin və yerli sakinlərin səyi nəticəsində yanğının daha da genişlənərək sakinlərin fındıq bağlarına və meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Qax və Şəki rayonlarının DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR