Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb - FOTO

Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 04 iyun 2014 16:26 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Azərbaycan-Tacikistan İqtisadi-Ticarət və Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şarif Rahimzoda ilə görüşüb.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıblar.

Bu il Düşənbədə Azərbaycan iş adamlarının iştirakı ilə Biznes Forumun, Azərbaycan sənaye məhsullarının sərgisinin təşkili, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq, eləcə də birbaşa hava reysinin açılması məsələləri üzərində iş aparıldığı qeyd edilib.

Tərəflər həmçinin geologiya, hidroenergetika (kiçik SES-lərin tikintisi), Azərbaycan investisiyasının (dövlət və özəl) Tacikistan iqtisadiyyatına qoyulması kimi sahələrin ayrı-ayrı aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə ölkə prezidentləri Emomali Rahmon və İlham Əliyev arasında yüksək səmimi münasibətlərin olması məmnunluq hissi ilə vurğulanıb, bu amilin iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün müsbət şərait yaratdığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR