Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdam rayonunda vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 21-nə nəzərdə tutulan qəbulda Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Füzuli, Xocalı, Xocavənd, Laçın və Tərtər rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.