Obama: "Suriyaya məhdud zərbə vurulacaq"

Obama: "Suriyaya məhdud zərbə vurulacaq"
# 06 sentyabr 2013 19:06 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Suriyada vurulacaq obyektlərin siyahısının genişləndirilməsinə dair göstəriş vermədiyini bəyan edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Obama mətbuatda yayılmış məlumatların doğru olmadığını bildirib.

"Bu məlumatlar dəqiq deyil ", - deyə ABŞ prezidenti G-20 sammitinin yekunlarına dair brifinqdə bildirib. O qeyd edib ki, Suriyaya zərbə məhdud və proporsional olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR