Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 1 mlrd. dollara çatması gözlənilir

Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 1 mlrd. dollara çatması gözlənilir
# 19 dekabr 2013 13:24 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

O deyib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənsə, həmin şirkətlərin fəaliyyəti bərpa oluna bilər.

İranlı diplomat iki ölkə arasında ticarət əlaqələrindən danışarkən qeyd edib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2012-ci ildə 532 mln. dollar təşkil edib. Möhsün Pak Ayin 2014-cü ildə bu göstəricinin 1 mlrd. dollara yaxın olacağını proqnozlaşdırıb.

Səfir İran şirkətlərin Azərbaycanın qeyri-neft sektoruna yatırdığı sərmayənin ümumi həcminin 105 mln. avro təşkil etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR