Dənizdə batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib
# 07 avqust 2013 18:28 (UTC +04:00)

Bakı-APA. Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıtda dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən, təxminən, 3000 metr məsafədə, nəzarət olunmayan ərazidə) batma təhlükəsi ilə üzləşmiş vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.


Bundan basqa, paytaxtın Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR