İyunda Bakıda Startup Sərgisi keçiriləcək

İyunda Bakıda Startup Sərgisi keçiriləcək
# 31 mart 2014 08:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Bakı Startup Sərgisi» layihəsinin hazırlıq mərhələsinə start verilib.

«APA-Economics»in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycanda ilk dəfə keçirilən sərginin əsas məqsədi son illərdə yaradılmış gənc startapların hərtərəfli təbliğatının aparılmasıdır. Sərgidə iştirak edəcək gənc startapçılara həm kooperativ əlaqələrin yaradılması, yeni müştərilərin cəlb edilməsi, həm də digər startaplarla təcrübə mübadiləsinin aparılması üçün imkanı yaradılacaq.

İyun ayında keçirilməsi nəzərdə tutulan sərgidə yerli startaplarla yanaşı xarici startapların da iştirakı üçün çalışmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR