İsrail səfiri: “Azərbaycanın enerji təcrübəsini öyrənməkdə maraqlıyıq”

İsrail səfiri: “Azərbaycanın enerji təcrübəsini öyrənməkdə maraqlıyıq”
# 05 may 2014 16:06 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Bu il Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlər üçün möhtəşəm dövr olub. Biz bu münasibətləri növbəti illərdə daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindəyik”.

APA-nın məlumatına görə, bu barədə İsrail Dövlətinin müstəqilik gününə həsr olunmuş tədbirdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri çox məhsuldar və uğurlu olub: “Bütün sahələrdə münasibətlərimiz çox yaxşıdır. Biz bir çox sahələrdə - turizm, ticarət, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızı genişləndirmək və dərinləşdirmək qərarına gəldik. Enerji sahəsində çox gözəl əməkdaşlığımız var və bu, bizim üçün yeni bir sahədir. Biz yenicə təbii qaz kəşf etmişik, Azərbaycanın enerji təcrübəsini öyrənməkdə maraqlıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR