Nazim Süleymanov: ““Neftçi” rəhbərliyi işləmək üçün mənə lazımı şərait yaratmadı”

Nazim Süleymanov: ““Neftçi” rəhbərliyi işləmək üçün mənə lazımı şərait yaratmadı”
# 08 yanvar 2014 13:49 (UTC +04:00)

Bu sözləri apasport.az saytına “Neftçi”nin baş məşqçi postundan istefa verən Nazim Süleymanov deyib.

48 yaşlı mütəxəssis ötən ilin oktyabr ayından bəri çalışdırdığı “Neftçi”dən ayrılıb. İstefası qəbul olunan Süleymanov gedişinin səbəbini açıqlayıb. Nazim bəy əməkdaşımızla söhbətində bildirib ki, “Neftçi” rəhbərliyi işləmək üçün ona lazımı şərait yaratmayıb: “Fasilədən sonra rəhbərliklə görüşdüm. Bildirdim ki, çempion olmaq üçün komandanı gücləndirmək lazımdır. İki istəyim oldu. Birincisi, yeni transferlər. İkincisi, öz istəyimlə yeni məşqçilər korpusu formalaşdırmaq. Ancaq onlardan “yox” cavabı aldım. Belə bir vəziyyətdə necə işləmək olar? Orada qalmağımın nə mənası? İstefa verdim və istefam qəbul olundu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR