Azərbaycanın kənd əhalisi arasındakı narkomanların sayı açıqlanıb

Azərbaycanın kənd əhalisi arasındakı narkomanların sayı açıqlanıb
# 21 aprel 2014 08:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2013-cü ilin yekunlarına əsasən kənd əhalisi arasında qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

APA-nın verdiyi məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanan “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsi”ndə qeyd edilib ki, kənd əhalisi arasında qeydiyyatda olan narkotik vasitə istifadəçilərinin sayı 4 min 300 nəfərə çatıb.

Onlardan 2603 nəfəri dispanser, 1697 nəfəri profilaktik qeydiyyatda olanlardır. 2013-cü ildə il ərzində isə kənd əhalisi arasında 385 nəfəri yeni narkotik istifadəçisi qeydiyyata götürülüb. Onlardan 228 nəfəri dispanser, 157 nəfəri profilaktik qeydiyyatda olanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR