Zərdab rayonunun daha iki kəndi təbii qazla təmin olunub - FOTO

Zərdab rayonunun daha iki kəndi təbii qazla təmin olunub - <span style="color: red;">FOTO
# 16 yanvar 2014 10:27 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunun daha iki kəndi təbii qazla təmin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bu gün Zərdab rayonunun Gəlmə və Salahlı kəndlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib.

Mərasimində rayon ictimaiyyətinin nümayəndələri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçisi Araz Ağayev iştirak edib. Bildirilib ki, kəndlərdə 35 500 poqonometr daşıyıcı və paylayıcı xətt çəkilib, Gəlmə kəndində 447, Salahlı kəndində 93 olmaqla - cəmi 540 evə sayğac quraşdırılıb.

Mərasimdə çıxış edən Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov icra başçısı adından hər iki kəndin sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edərək bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bu günədək rayonun 6 yaşayış məntəqəsinə təbii qaz verilib. Artıq bu gün 8-ci yaşayış məntəqəsi təbii qazla təmin edilib. Hazırda rayonun digər yaşayış məntəqələrinə də qaz xəttinin çəkilişi davam etdirilir. Kənd sakinləri çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR