Şirvan sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Şirvan sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
# 06 yanvar 2014 10:14 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Ötən gün Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Şirvan sakinini bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 5-də saat 20:30 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində baş verib. Şirvan sakini 1992-ci il təvəllüdlü Hacılbala Elşən oğlu Səfərov qarın boşluğunun kəsilmiş-deşilmiş yarası, daxilə nüfuz edən, qara ciyərini və böyrəyin üst divarını zədələyən yara ilə şəhər xəstəxanasına yerləşdirilib. Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər. Xəstə komatoz vəziyyətdə olduğundan hadisənin təfsilatı istintaqa tam aydın deyil.

Hadisənin hələlik istintaqa adı Çingiz kimi məlum olan Şirvan sakini tərəfindən törədildiyi ehtimal olunur. Həmin şəxs hadisə yerindən qaçıb. Polis tərəfindən onun axtarışları davam etdirilir.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR