Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 07 yanvar 2014 14:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 27 yaşlı qız dərmandan zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1987-ci il təvəllüdlü şəhər sakini Günel Bağırova ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində 27 yaşlı qızın həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, G.Bağırova başı ağrıdığı üçün dərman içib və zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR