«Unibank» tirajlı stimullaşdırıcı lotereyasının qaliblərini müəyyənləşdirib

«Unibank» tirajlı stimullaşdırıcı lotereyasının qaliblərini müəyyənləşdirib
# 17 yanvar 2014 12:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin «Albalı» kartlarının sahibləri üçün keçirdiyi «Albalı kartınızla alış-veriş edin və qazanın» tirajlı stimullaşdırıcı lotereyasının qalibləri məlum olub.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, münsiflər heyəti tərəfindən elektron seçmə üsulu ilə seçilən 35 qalibdən 25-i 100 manat, 5 nəfər 500 manat, 5 qalib isə 1 000 manat məbləğində pul mükafatına sahib olub.

Ümumilikdə, uduş tirajı 1,3 mln. şans üzrə keçirilib. Qaliblərin siyahısı Unibank.az (http://www.unibank.az/az/about-bank/news/216/) saytında və «525-ci qəzet»in bugünkü sayında dərc olunub.

Qeyd edək ki, oktyabrın 24-dən dekabrın 31-dək davam edən lotereya oyunu müddətində «Albalı» kartı ilə minimum 10 manatlıq alış-veriş edən hər kəs lotereyada iştirak edib. Əməliyyatın hər 10 manatı bir şans kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR