ATƏT Parlament Assambleyasının sədri və BMT baş katibi həlli uzanan münaqişələri müzakirə ediblər

ATƏT Parlament Assambleyasının sədri və BMT baş katibi həlli uzanan münaqişələri müzakirə ediblər
# 29 noyabr 2013 08:01 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç Nyu Yorkda BMT baş katibi Pan Gi Munla görüş keçirib. APA-nın xəbərinə görə, görüşdə iki struktur arasında əlaqələrin gücləndirilməsi müzakirə olunub.

R. Krivopkapiç ATƏT PA ilə BMT-nin həlli uzanan münaqişələrin həllində fəal iştirakının üstünlüklərindən danışıb. O qeyd edib ki, ATƏT PA rəhbərliyi 12 xüsusi nümayəndə təyin edib və onların arasında Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Soares də var. J. Soaresin fəaliyyəti ATƏT-in Minsk Qrupunun münaqişənin həlli üzrə səylərini tamamlayır.

P. G. Mun isə ATƏT-in 57 üzv ölkəsində azad, demokratik seçkilərin keçirilməsi məsələsində ATƏT PA-nın rolunu qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR