Türkiyədə səfərdə olan Azərbaycan turizm şirkətlərinin nümayəndələri Afyon bələdiyyə başqanı ilə görüşüblər

Türkiyədə səfərdə olan Azərbaycan turizm şirkətlərinin nümayəndələri Afyon bələdiyyə başqanı ilə görüşüblər
# 09 dekabr 2013 10:27 (UTC +04:00)

Afyon. Etibar Məmmədov – APA. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri və jurnalistlərdən ibarət 17 nəfərlik nümayəndə Türkiyədə səfərdədir. APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfərin təşkilində məqsəd Türkiyənin termal istirahət mərkəzləri, hotelləri ilə tanış olmaq, qarşılıqlı təcrübə imkanından yararlanmaq, Azərbaycandakı turizm potensialını Türkiyəyə təqdim etmək və Türkiyədə fəaliyyət göstərən hotellərin Azərbaycanda təbliği istiqamətində birgə çalışmaqdır.

Nümayəndə heyəti Afyon vilayətinin bələdiyyə başqanı Burhanəddin Çobanla görüşüb. Şəhər haqqında geniş məlumat verən bələdiyyə başqanı bildirib ki, termal sularının zənginliyi baxımından Türkiyə dünyada önəmli yerlərdən birini tutur: “Son 15 ildə bu sahədə əhəmiyyətli dərəcədə inkişaf baş verdi və ilk dəfə termal turizminin başlanğıcı Afyon şəhərində qoyuldu. Səhiyyə turizmi istiqamətində də çox gözəl xəstəxanalar, tibb mərkəzləri quruldu”.

Afyon Kocatəpə Universitetinin rektoru Mustafa Çolakoğlu isə termal sularının revmatizm, sümük ağrıları, boyun və bel ağrıları, duzlaşma və digər xəstəliklərin aradan qaldırılmasında böyük təsirə malik olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR