Biləsuvar sakini ov tüfəngi ilə özünü öldürüb

Biləsuvar sakini ov tüfəngi ilə özünü öldürüb
# 21 yanvar 2014 21:22 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 21-də günorta saatlarında rayonun Əmənkənd kəndində qeydə alınıb. Kənd sakini,1968-ci il təvəllüdlü Çingiz Lətif oğlu Babayev yaşadığı evin həyətində ov tüfəngi ilə özünü güllələyib.

Ç.Babayev aldığı yaralardan hadisə yerindəcə dünyasını dəyişib. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Rrokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR