FHN Dövlət Yanğın Nəzarəti Xidməti Ağcabədidə regional seminar-müşavirə keçirib

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Ağcabədidə regional seminar-müşavirə keçirib
# 26 dekabr 2013 06:30 (UTC +04:00)

Bakı – APA. Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Ağcabədi şəhərdə regional seminar-müşavirə keçirib.

APA-nın məlumatına görə, seminar-müşavirədə Qarabağ bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunub, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilib.

Müşavirədə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyinə toxunularaq bildirilib ki, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır.

Seminar-müşavirədə ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən «Ticarət müəssisələrində yanğın təhlükəsizliyi» adlı video-stend nümayiş etdirilib, həmçinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış eyni adlı yaddaş kitabçası metodik vəsait kimi yerlərdə yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün ticarət müəssisələrinin nümayəndələrinə paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR