Azərbaycan Universiteti tələbələrin etiraz aksiyası ilə bağlı müzakirələrin yekun nəticəsini açıqlayıb

Azərbaycan Universiteti tələbələrin etiraz aksiyası ilə bağlı müzakirələrin yekun nəticəsini açıqlayıb
# 05 noyabr 2013 14:50 (UTC +04:00)

Universitetin mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumatda bildirilib ki, ali məktəbin bir qrup tələbəsinin noyabrın 1-də keçirdiyi etiraz toplantısının, habelə noyabrın 2-də Təhsil Nazirliyinin və universitet rəhbərliyinin iştirakı ilə qrup nümayəndə heyətləri ilə aparılan müzakirələrin nəticəsində aydınlaşdırılmalı olan irad, xahiş və təkliflər təhlil olunub və sistemləşdirilib.

Azərbaycan Universitetinin Elmi Şurasının komissiyası Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə məsələləri araşdıraraq tədris prosesinə mane olmayan tədbirlərin tətbiqini mümkün sayıb. Tətbiq olunacaq güzəşt və imtiyazlar haqqında artıq tələbələrə məlumat verilib. Digər məsələlərə aid fərdi müraciətlərə mümkün olan ən qısa müddətdə, qanunvericilik və daxili prosedur qaydaları çərçivəsində baxılacaq.

Azərbaycan Universitetinin Elmi Şurası Təhsil Nazirliyinin və universitetin vahid mövqeyi olaraq təhsil sistemində qanunun aliliyinin təmin olunmasını vacib sayır. Təhsil prosesində təhsilin təşkilinə aid məsələlərdən təzyiq vasitəsi kimi istifadə olunması isə yolverilməzdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR