Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə V toplantısına Marianna V.Vardinoyannis ev sahibliyi edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə V toplantısına Marianna V.Vardinoyannis ev sahibliyi edəcək
# 22 yanvar 2014 10:32 (UTC +04:00)

Bakı - APA. UNESCO-nun xoşməramlı səfiri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü xanım Marianna V.Vardinoyannis mərkəzin İdarə Heyətinin V toplantısına ev sahibliyi edəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, fevralın 19-21-də Yunanıstanın paytaxtı Afina şəhərində aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulmuş II Global Shared Societies Forumuna hazırlıq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun II High Level toplantısına hazırlıq prosesi yekunlaşmaq üzrədir.

Ali Səviyyəli görüşdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmsədri və Madrid Klubunun prezidenti xanım Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmsədri, Dünya Bankının sabiq I vitse-prezidenti İsmail Serageldin, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Albaniyanın sabiq prezidenti Reksep Meydani, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Serbiyanın sabiq prezidenti Boris Tadic, Yunanıstanın sabiq baş naziri George Papandreous, Gürcüstan Universiteti Qəyyumlar Şurasının sədri Giuli Alasaniya, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis və Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvət etdiyi digər qonaqların iştirakı planlaşdırılır.

İki gün davam edəcək toplantı çərçivəsində Mərkəzlə Madrid Klubu arasında koordinasiya toplantısının keçirilməsi, Aprel Forumunun proqramının və plenar sessiyaların təsdiqlənməsi ilə yanaşı, digər cari məsələlərin müzakirəsi nəzərdə tutulur. Yekunda Afina deklarasiyası qəbul olunacaq.

Qeyd edək ki, bilavasitə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İsgəndəriyyə Kitabxanası ilə Madrid Klubunun dəstəyi ilə II Global Shared Societies Forumuna hazırlıq məqsədilə Stokholm (İsveç), Brisban (Avstraliya) və Madrid (İspaniya) şəhərlərində geniş tərkibli koordinasiya toplantıları, Amsterdam, Lissabon, Roma, Paris, Barselona, Zaqreb, Sofiya, Belqrad, Afina, Ankara, Sidney, Berlin, Riqa, Tbilisi, Vaşinqton və Nyu York kimi şəhərlərdə müzakirələr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR