AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb - <span style="color: red;">FOTO
# 11 iyun 2014 16:00 (UTC +04:00)

Bakı - APA. Bu gün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Niderlandın Amsterdam şəhərində yerləşən Beynəlxalq Sosial Tarix İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanıb.

İnstitutdan APA-ya verilən xəbərə görə, mərasimdə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunu həmin elmi müəssisənin Orta Şərq və Mərkəzi Asiya şöbəsinin rəhbəri, prof. dr. Turac Atabəki təmsil edib.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva elmimizin inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq, Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu ilə bağlanan sazişin əhəmiyyətindən danışıb. Prof. dr. Turac Atabəki təmsil etdiyi institutun tarixindən söz açıb, orada həm zəngin arxivin olduğunu, həm də dəyərli tədqiqatların aparıldığını qeyd edib. T.Atabəki imzalanan sazişin hər iki elmi müəssisə üçün böyük fayda verəcəyinə əminliyini bildirib.

ahDa sonra AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu arasında saziş imzalanıb. Saziş iki elm müəssisəsi arasında faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin, layihələrin yerinə yetirilməsini, alimlərin araşdırma işlərini yerinə yetirmələrinə kömək məqsədilə ədəbiyyat və kitabxana materialları ilə təmin edilməsini, kitab və jurnalların qarşılıqlı mübadiləsi və çapını; beynəlxalq səviyyəli simpozium, konfrans və sərgilərin birgə təşkilini, elmi mübadiləni və qarşılıqlı maraq doğuran digər fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR