Şəkidə 21 yaşlı iki uşaq anası intihar edib

Şəkidə 21 yaşlı iki uşaq anası intihar edib
# 05 iyun 2014 06:45 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə intihar hadisəsi baş verib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Kiş kəndində qeydə alınıb.

Şəki rayonu Kiş kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə Rəsul qızı İdrisova asılmış halda ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada aşkar edilib.

İki azyaşlı uşaq anası olan R. İdrisovanın hansı səbəbdən intihar etməsi məlum deyil.

Onun özünü öldürməsinə dözə bilməyən həyat yoldaşı, 1985-ci il təvəllüdlü Faiq Məzahir oğlu İdrisov kəsici alətlə başına ağır xəsarət yetirib.

F. İdrisov Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəki prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR