Gələn aydan Bakı sakinləri istədikləri “ASAN Xidmət” mərkəzinə müraciət edə biləcəklər

Gələn aydan Bakı sakinləri istədikləri “ASAN Xidmət” mərkəzinə müraciət edə biləcəklər
# 21 fevral 2014 14:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, Sabunçuda yeni xidmət mərkəzi də fəaliyyətə başlayandan sonra artıq qeydiyyat məhdudiyyəti aradan qaldırılacaq. Onun sözlərinə görə, paytaxt sakinləri hər bir xidmət üçün istədikləri “ASAN Xidmət” mərkəzinə müraciət edə biləcəklər.

İ.Kərimov kollektivdə çalışan könüllülər barədə də danışıb. O qeyd edib ki, “ASAN Xidmət” mərkəzləri və dövlət agentliyi yeni yaradılıb və burada çalışanlar əsasən gənclərdir: “Bu gün kollektivin orta yaş həddi 28-dir. “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətinə könüllülər də cəlb olunub. Hazırda 350-yə yaxın könüllü “ASAN Xidmət” mərkəzlərində çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR