YAP Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirir - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

YAP Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 09:53 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdən əvvəl YAP rəhbərliyi, partiyada təmsil olunan dövlət və hökumət rəsmiləri, deputatlar, gənclər təşkilatları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.


Tədbiri YAP sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov giriş sözü ilə açaraq Heydər Əliyev barədə xatirələrini bölüşüb. O qeyd edib ki, Azərbaycan xalqının Heydər Əliyev fenomenini yetişdirməsi tarixi hadisədir: “Ona görə də hər bir azərbaycanlının qəlbində Heydər Əliyevin ədalətli obrazı var. Heydər Əliyev eyni zamanda nümunə göstərməyi bacaran bir lider idi. O, vətəndaş, insan, azərbaycanlı, sədaqətli dost, sədaqətli ailə başçısı nümunəsi göstərirdi. Hər bir ləyaqətli azərbaycanlı Heydər Əliyevdə özünü görür, ona oxşamağa çalışırdı. Bütün bunlara görə Heydər Əliyevi unutmaq mümkün deyil. Heydər Əliyev Azərbaycan xalqının milli düşüncəsinin tərkib hissəsi, Azərbaycanın inkişafına işıq saçan əbədi bir mayakdır”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Mərkəzi Bankın sədri Elman Rüstəmov, millət vəkilləri - Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Heydər Əliyevin Azərbaycana xidmətlərindən, birgə fəaliyyətlərindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR