Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
# 03 noyabr 2013 04:49 (UTC +04:00)

Bakı-APA. Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırıb qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 05:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR