Bakı-Qazax sərnişin qatarı reysi ləğv ediləcək - VİDEO

Bakı-Qazax sərnişin qatarı reysi ləğv ediləcək - <span style="color: red;">VİDEO
# 19 noyabr 2013 06:53 (UTC +04:00)

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, dekabrın 1-dən Bakı-Qazax-Bakı sərnişin qatarı reysi ləğv edilərək Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı adlandırılacaq.

Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq. Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə noyabrın 30-da, Qazaxdan geriyə isə dekabrın 1-də yola düşəcək. Həmçinin, Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə noyabrın 30-da, Ağstafadan geriyə isə dekabrın 1-də yola düşəcək. Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı-sərnişin stansiyasından saat 22:05-də yola düşəcək və Qazaxa saat 09:40-da çatacaq. Qatar Qazaxdan 19:05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07:25-də çatacaq.

Eyni zamanda, Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı reysində sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR