Sülhəddin Əkbər: “Acıq Cəmiyyət Partiyasının bütün strukturları buraxılacaq”

Sülhəddin Əkbər: “Acıq Cəmiyyət Partiyasının bütün strukturları buraxılacaq”
# 19 dekabr 2013 13:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Açıq Cəmiyyət Partiyasının Nizamnaməsinə daxil olan bütün məsələlər qurultaya hazırlıq üzrə Təşkilat Komitəsində müzakirə olunacaq”.

Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, dekabrın 22-də partiyanın Ali Məclisinin toplantısı keçiriləcək, toplantıda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılacaq: “Partiya ilə bağlı məsələləri təşkilat komitəsi müzakirə edəcək və bundan sonra partiyanın bütün strukturları buraxılacaq. Qurultayın keçirilmə tarixi müəyyən olunacaq”.

S. Əkbər Təşkilat Komitəsinin iclasında müzakirə olunacaq məsələləri də açıqlayıb. O bildirib ki, iclasda Nizamnaməyə daxil olan məsələlər, o cümlədən partiyada liderlik institutunun ləğvi barədə müzakirələr aparılacaq: “Eyni zamanda partiyanın qeydiyyat problemi, adının dəyişdirilməsi, yeni təyinatlar və digər məsələlərə baxılacaq”.

“Partiyanın yeni adı ilə bağlı hər hansı təklifiniz varmı” sualına cavabında isə S. Əkbər hələ ki, buna münasibət bildirmək istəmədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR