Azpromo Türkiyənin İnvestisiyaya Dəstək və Təşviq Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

Azpromo Türkiyənin İnvestisiyaya Dəstək və Təşviq Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb
# 15 may 2014 08:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mayın 13-15-də Türkiyənin İstanbul şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının və İdarəetmə Komitəsinin növbəti iclası və XIX İllik Dünya İnvestisiya Konfransı keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, iclasda təşkilatın qərargahının İstanbulda yerləşdirilməsi məsələsinin müzakirəsi ilə yanaşı, təşkilatın İdarəetmə Komitəsi və Daimi Katibliyi tərəfindən hazırlanmış yeni strategiya, eləcə də yeni strategiyanın həyata keçirilməsi üzrə ilkin Tədbirlər Planı təqdim olunub.

Tədbir çərçivəsində 2012-ci ilin sentyabrın 11-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Strateji Əməkdaşlıq Şurasının iclası zamanı hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış protokola uyğun olaraq, Azpromo ilə Türkiyənin Baş naziri yanında İnvestisiyaya Dəstək və Təşviq Agentliyi (İSPAT) arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumunun imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR