ABŞ-da güclü qar 5000-dən çox təyyarə reysinin təxirə salınmasına səbəb olub

ABŞ-da güclü qar 5000-dən çox təyyarə reysinin təxirə salınmasına səbəb olub
# 14 fevral 2014 01:58 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, daha ağır vəziyyət Atlanta (Corciya ştatı), Şarlott (Şimali Karolina ştatı), Filadelfiya (Pensilvaniya ştatı), Vaşinqton və Nyuark (Nyu Cersi ştatı) aeroportunda müşahidə olunur.

Qeyri sabit hava şəraiti elektrik enerjisinin verilişində də ciddi problemlər yaradıb – Corciya, Şimali və Cənubi Karolina ştatlarında 700 minədək istehlakçı işıqsız qalıb.

Güclü qar 18 ştatda tüğyan edir, onlardan 11-də fövqəladə vəziyyət elan olunub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına ABŞ Milli Qvardiyasının hissələri də cəlb olunub.

Merilənd, Virciniya və Qərbi Virciniya ştatlarında 50 sm-dən çox qar yağdığı bildirilir.

Artıq 13 nəfər qeyri sabit hava şəraitinin qurbanı olub. Onların çoxu yol qəzaları nəticəsində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR