Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdə mobil telefon aşkarlanıb - FOTO

Bakı İstintaq Təcridxanasında  saxlanılan şəxsdə mobil telefon aşkarlanıb - <span style="color: red;">FOTO
# 03 yanvar 2014 15:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdə mobil telefon aşkarlanıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsinin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3 maddələri ilə təqsirli bilinərək 1 ay 22 gün müddətinə həbs edilmiş Məlikağa Bəşir oğlu Məlikovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, ona məxsus dolabçada kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR