Zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması üçün ötən il 28 milyon 323 min manat yardım ödənilib

Zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması üçün ötən il 28 milyon 323 min manat yardım ödənilib
# 05 mart 2014 12:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın şimal qərb bölgəsində 2012-ci ilin may ayında baş vermiş zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması məqsədi ilə ötən il 28 milyon 323 min manat yardım ödənilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

2013-cü il oktyabrın 1-dək komissiyalar tərəfindən şimal-qərb bölgəsində 58338 fərdi evə, 302 kommunal çoxmənzilli yaşayış binasına və 516 ictimai-sosial obyektə baxış keçirilib. Onlardan 5848 fərdi Evin, 90 kommunal çoxmənzilli yaşayış binasının və 127 ictimai sosial obyektin qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilib. Azərbaycan prezidentinin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Zaqatala 4007, Qaxda 521, Balakəndə 736 olmaqla, 5264 fərdi evin, həmçinin Zaqatalada 22, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəb binasının tikintisinə başlanıb.

Ötən müddətdə Zaqatalada 3764, Qaxda 494, Balakəndə 718 fərdi ev, həmçinin Zaqatalada 20, Qaxda 10, Balakəndə 2, Şəkidə 3 olmaqla 9320 şagird yerlik 35 məktəb binası, Balakəndə 80, Zaqatalada 55 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilib. Onlardan 2454 ev 2013-cü ildə tikilib. Hazırda 288 fərdi evin və 2 məktəb binasının tikintisi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR