Ağsuda müəllimənin idarə etdiyi minik maşını yük avtomobilinin altına girib - YENİLƏNİB - VİDEO

Ağsuda müəllimənin idarə etdiyi minik maşını yük avtomobilinin altına girib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 19 dekabr 2013 15:01 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı minik avtomobilində sıxılıb qalan 5 nəfər Ərəbmehdibəy kənd orta məktəbinin müəllimi və şagirdləridir

Müəllimə Təranə Salmanova öz maşını ilə şagirdəri Ərəbmehdibəy kənd məktəbindən götürərək evə apararkən yolda hadisə baş verib. Nəticədə 2001-ci il təvəllüdlü 2001-ci il təvəllüdlü Nurili Nihal Mustafa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə sıxılıb qalan 1998-ci il təvəllüdlü İsrafilova Aynaz Elxan qızı, 1996-cı il təvəllüdlü Abdullayev Fariz Eynulla oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Nurlan Xanverdi oğlu isə xilas edilib.

Təranə Salmanova APA-ya bildirib ki, yaşadıqları Mustafalı kənd orta məktəbi şagird azlığı səbəbindən bağlanıb. Ona görə də həmin kəndin şagirdləri oxumaq üçün hər gün Ərəbmehdibəy kənd məktəbinə gedirlər. O, öz qızı Nihal Nurilini və kəndin başqa 3 uşağını hər gün öz maşını ilə işlədiyi Ərəbmehdibəy kəndinə aparıb-gətirdiyini bildirib: “Bu gün dərsdən çıxıb evə gedəndə idarə etdiyim maşınla kəndin yoluna çatanda əsas yolda dönmə işığını yandırdım, sürəti azaltdım və arxadan sürətlə gələn “HOVA” markalı yük maşını mənim avtomobilimin üstünə çıxdı. Biz hamımız maşınla birgə yük maşınının altında qaldıq. Xəsarət alan mənim qızım Nihaldır və hazırda o, xəstəxanada müalicə olunur. Xoşbəxtlikdən maşında ağır xəsarət alan olmadı”.

*****

17:47

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda minik maşını yük avtomobili ilə toqquşub.

Ağsu Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə bu gün saat 16:00 radələrində Ağsu-Kürdəmir yolunun 27-ci kilometrliyində, Ağsunun Ərəbmehdibəy kəndi ərazisində qeydə alınıb.

Ərəbmehdibəy kənd orta məktəbinin müəlliməsi, 1962-ci il təvəllüdlü Salmanova Təranə Nəriman qızının idarə etdiyi 06 BD 074 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Kürdəmir rayonu Sığırlı kənd sakini, 1951-ci il təvəllüdlü İmamverdiyev Novruz İmamverdi oğlunun idarə etdiyi 90 ML 248 dövlət nömrə nişanlı, HOVA markalı yük maşını ilə toqquşub. Yük maşınının altına girən minik maşınının sürücüsü və 4 sərnişini bir saata yaxın avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Hadisə yerinə gələn FHN-in Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlər vasitəsilə maşını kəsərək adamları oradan çıxarıblar.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Nurili Nihal Mustafa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR