Azərbaycanda bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qaydalarda dəyişikliklər edilir

Azərbaycanda bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qaydalarda dəyişikliklər edilir
# 25 yanvar 2014 08:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda torpaq sahəsinin ayrılmasına dair müraciətlərə baxılması ilə bağlı qaydalar dəyişdiriləcək. Milli Məclisin Regional məsələlər komitəsindən APA-ya verilən məlumata görə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər ediləcək. Dəyişikliklər layihəsinə əsasən torpaq sahəsinin ayrılması ilə əlaqədar hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün yox, artıq 15 gün müddətinə baxılacaq.

Layihə komitə tərəfindən plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR