Netanyahu: “İran prezidenti ilə telefonla danışmağa hazıram"

Netanyahu: “İran prezidenti ilə telefonla danışmağa hazıram"
# 05 oktyabr 2013 11:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu İran prezidenti Həsən Ruhani ilə telefonla danışmağa hazır olduğunu bildirib.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, B.Netanyahu diplomatik əlaqələrin yalnız İranın nüvə proqramından imtina etməsi şərti ilə mümkün ola biləcəyini deyib.

İsrailin baş naziri həmçinin H.Ruhani ilə görüşmək üçün təklif gələrsə, bunu düşünəcəyini vurğulayıb. Ancaq B.Netanyahu İran prezidentinin ölkəsində hansısa dəyişikliklər yaradacağı ilə bağlı gözləntilərə qarşı çıxıb: “Ruhaninin İranın ali dini lideri, ayətullah Əli Xamneyi tərəfindən alınan həqiqi qərarları dəyişdirəcək səlahiyyəti olduğunu düşünmürəm. Ayətullah Xamneyi İranın nüvə silahına sahib olmasını istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR