Bakıda yaşayış evində baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda yaşayış evində baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 00:13 (UTC +04:00)

APA-nın məlumatına görə, yanğın Abbas Səhhət küçəsi, 67 ünvanında qeydə alınıb.

Yanğın baş verən mənzilin sahibləri Bakıdan kənarda olublar. Hadisə baş verən zaman mənzildə ev sahibinin oğlu olub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıblar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, umumi sahəsi 45 kv.m olan bir mərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi və bitişik evlər mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR