“İrəli”nin “HR School” layihəsi sona yaxınlaşır

“İrəli”nin “HR School” layihəsi sona yaxınlaşır
# 17 avqust 2013 09:55 (UTC +04:00)

Bakı-APA. “İrəli” İctimai Birliyinin üç aydır ki davam edən “HR School” layihəsi sona yaxınlaşır. APA-nın məlumatına görə, bu dövr ərzində layihə iştirakçılar Təşkilati İdarəetmənin nəzəri və təcrübi əsaslarını mənimsədikdən sonra İnsan Resurslarının İdarə edilməsi üzrə biliklərə yiyələnməyə başlayıb. ARDNŞ, Azərsun kimi təşkilatların insan resursları üzrə mütəxəssislərindən dərs alan iştirakçılar İnsan Resursları və onun funksiyaları, İnsan resursları üzrə strateji planların hazırlanması və tətbiqi, işə qəbul və seçim prosesi, təlim və işçilərin inkişafı, əməyin ödənilməsi formaları və növləri barədə müxtəlif təlimlər keçirilib.

Buna əlavə olaraq silsiləvi davam edən dərslər ərzində iştirakçılara Azərbaycanda əmək qanunvericiliyi və kadr işi haqqında geniş məlumat verilib. Belə ki, onlar əmək müqavilələrinin bağlanması və onlara xitam verilməsi, əmək məzuniyyəti, onun növləri və verilmə qaydası, işçilərin attestasiya olunması qaydası, iş saatı normaları, əmək kitabçaları və onların doldurulma qaydası kimi mövzularla yaxından tanış olublar və bütün bilikləri praktiki məşğələlər zamanı tətbiq ediblər.

Artıq təşkilati idarəetmə və insan resursları üzrə hərtərəfli bilik əldə edib iştirakçılar son dərslər zamanı komanda formasında müxtəlif praktiki oyunlarda iştirak edərək seçimləri olan təşkilat üzrə araşdırmalar aparıb və bunun nəticəsində həmin təşkilat üzrə SWOT analiz edərək İnsan resursları strateji planı hazırlanıb və onu komandalar şəklində təqdim edib.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gələcəkdə karyeralarını insan resursları mütəxəssisi kimi davam etdirmək istəyən gəncləri bir araya toplamaq, onlara təşkilati idarəetmə və insan resursları üzrə bilik və bacarıqlar aşılamaq və gənclər arasında bilik və təcrübə mübadiləsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR