Taner Yıldız: “Türkiyə İrandan xam neft idxalının səviyyəsini nə azaldacaq, nə də artıracaq”

Taner Yıldız: “Türkiyə İrandan xam neft idxalının səviyyəsini nə azaldacaq, nə də artıracaq”
# 07 dekabr 2013 09:08 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Türkiyənin İrandan xam neft idxalında tez-tez dəyişiklik müşahidə olunur”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin təbii ehtiyatlar və enerji naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Tehrandan xam neft idxalının səviyyəsini bundan artıq nə azaldacaq, nə də artıracaq.

Qeyd edək ki, T.Yıldız bundan əvvəl Türkiyənin İrandan gündəlik 90 min barel xam neft idxal etdiyini və bu miqdarı bundan artıq azaltmayacağını açıqlayıb. Türkiyə son dövrdə İrandan xam neft idxalını mərhələli şəkildə 20% azaltdığına görə ABŞ-ın birtərəfli sanksiyalarından azad edilib. Türkiyə İrana qarşı sanksiya tətbiq edilməzdən əvvəl bu ölkədən xam neft idxalı ildə 9 milyon ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR