Bakıda “Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü” münasibətilə mətbuat konfransı keçirilib - FOTO - VİDEO

Bakıda “Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü” münasibətilə mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2013 13:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, APA TV və Jurnalistika və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü” ilə əlaqədar mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Jurnalistika və İnkişaf Mərkəzi İB-in sədri Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda avtomobil qəzalarının sayının ildən-ilə artması təəssüfləndirici haldır. O bildirib ki, tədbirin keçirilməsində məqsəd yol qəzalarında həlak olan insanların yaxınlarına mənəvi dəstək olmaqdır.

Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, dünyada və Azərbaycanda yol qəzalarının artmasının əsas səbəbi sürücülərin sürət həddini aşmasıdır. Deputat qəzaların qarşısını almaq üçün sürücü və piyadalar arasında maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çıxışında yol-qəza hadisələri, onların səbəbləri barədə danışıb. V. Əsədov deyib ki, bu ilin ötən dövründə 909 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 294 nəfər ölüb, 947 nəfər isə yaralanıb.

Tədbirin digər iştirakçıları və ekspertlər yol-qəza hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər görməyin vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR