Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək
# 20 may 2014 09:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mayın 23-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Quba şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR