Gəncədə soyğunçuluq edilib

Gəncədə soyğunçuluq edilib
# 30 yanvar 2014 09:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində 25 yaşlı qız küçədə gedərkən soyğunçuluğa məruz qalıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Sevinc Məmmədova polisə müraciət edərək bildirib ki, şəhərin Heydər Əliyev prospekti ilə hərəkət edərkən naməlum şəxs ona yaxınlaşaraq boynundakı qızıl boyunbağını qopardaraq hadisə yerindən qaçıb. S. Məmmədova boğaz nahiyəsindən yüngül xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR