Bakıda Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Bakıda Avropa çempionatının püşkatma mərasimi keçiriləcək
# 01 aprel 2014 12:20 (UTC +04:00)

Bakı – APA. Yayda Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı aprelin 5-də brifinq təşkil olunacaq. Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, saat 13:30-da başlayacaq tədbirdə qitə birinciliyinin videoçarxı nümayiş ediləcək, ardınca yeni saytı təqdim olunacaq.

Brifinqdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, baş katibi, eyni zamanda Avropa Gimnastika Federasiyasının (UEG) vitse-prezidenti Fərid Qayıbov, UEG-in bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder və millimizin baş məşqçisi Mariana Vasilyeva KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.

Tədbirdən öncə isə Avropa çempionatının püşkü atılacaq.

Qeyd edək ki, qitənin ən nüfuzlu yarışı iyunun 13-15-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR