Penitensiar xidmətin rəisi məhkumların ailə üzvləri ilə görüşüb

Penitensiar xidmətin rəisi məhkumların ailə üzvləri ilə görüşüb
# 19 noyabr 2013 12:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin Baş idarəsində məhkumların valideynləri, ailə üzvləri və yaxın qohumları ilə xidmət rəhbərliyinin görüşü keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev məhkumların yaxınlarını salamlayaraq, cəza çəkənlərin valideynləri və ailə üzvləri ilə birbaşa təmasda olmaq, onların arzu və istəklərini dinləmək üçün Penitensiar xidmət rəhbərliyi tərəfindən belə görüşlərə xüsusi önəm verildiyini qeyd edib. Nazir müavini əhalinin həssas qrupuna daxil olan məhkumların qanunvericiliklə müəyyən olunmuş hüquqlarının təmin olunmasına, onların saxlanma şəraitinin müasir standartlara cavab verməsinə daim ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini və bu məqsədlə dövlət proqramlarının qəbul olunduğunu diqqətə çatdırıb. Görüşdə iştirak edən məhkumların valideynləri cəza çəkən qohumlarının saxlanma şəraitindən, onların hüquq və mənafelərinin qorunmasından razılıq edərək, Penitensiar xidmət rəhbərliyinə çoxsaylı suallarla müraciət ediblər. Bütün müraciətlər xidmətin Katibliyi tərəfindən qeydə alınıb və icra üçün aidiyyəti xidmət sahələrinə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR