Jurnalist Sahib İslamov vəfat edib

Jurnalist Sahib İslamov vəfat edib
# 08 may 2014 10:10 (UTC +04:00)

Jurnalistin qardaşının APA-ya verdiyi məlumata görə, Sahib İslamov bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Xatırladaq ki, S. İslamov avropa.info agentliyinin əməkdaşı olub.

Qeyd edək ki, S. İslamov ötən ilin noyabr ayında dayanacaqda avtobus gözləyərkən avtomobil tərəfindən vurulub. Kliniki Tibbi Mərkəzdə uzun müddət koma vəziyyətində qalan S. İslamova qoyulan diaqnozun müalicəsinin olmadığı bildirilib. Bundan sonra jurnalist ailəsinin yaşadığı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR